Ukrayna prezidenti Vladimir Zelenski Cenevrədə Rusiya lideri Vladimir Putinlə görüşündən əvvəl ABŞ prezidenti Co Bayden ilə telefonla danışmaq niyyəti var. SİA xəbər verir ki, bu barədə Ukraynaya məxsus "həftənin aynası" nəşri cümə günü məlumat yayıb.
Qeyd olunur ki, Rusiya Federasiyası prezidenti və ABŞ lideri Vladimir Putin və Co Bayden arasında görüşün 16 iyun tarixində Cenevrədə keçirilməsi planlaşdırılır. Bir qədər əvvəl Ağ Evin sözçüsü Cen Psaki, Baydenin rus həmkarı ilə görüşündə strateji sabitlik, Ukrayna və Belarusiyanı müzakirə edəcəyini söyləyib.
“Ukrayna və Amerika tərəfləri, Baydenin Vladimir Putinlə görüşəcəyi Cenevrədə ABŞ və Rusiya liderlərinin görüşü ərəfəsində prezidentlər Co Bayden və Vladimir Zelenski arasında bir telefon danışığı üzərində işləyirlər”, deyə nəşr Ukrayna Nazirlər Kabinetində olan mənbəsinə istinadən yazır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...