PDF Oxu

Dünya

  • 3 586

Baş Qərargah rəisinin müavini vəzifədən getməyə hazırlaşır

Baş Qərargah rəisinin müavini vəzifədən getməyə hazırlaşır

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Stepan Qalstyan tutduğu vəzifədən ayrılacaq. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə "Zhoxovurd" qəzeti bu haqda öz mənbələrinə əsasən yazır.

Qəzet yazır ki, bir qədər əvvəl müdafiə idarəsi də daxil olmaqla müxtəlif şöbələrdə kütləvi istefaların gözlənildiyi bildirilmişdi. Qeyd olunur ki, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanla birlikdə vəzifəsindən uzaqlaşmaq niyyətində olanlar var və səlahiyyətlilər müxtəlif səylərlə Qalstyanı tutmağa çalışırlar. Bildirilir ki, indi nəhayət rəis müavini vəzifədən getməyə qərar verib.

“Müxtəlif departamentlərdə demək olar ki, bütün ixtisarların səbəbi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sərhəd məsələləri və Azərbaycanla münasibətlər barədə davranışlarında və ifadələrindən qaynaqlanı”, deyə qəzet yazır.

Qeyd edək ki, bir qədər əvvəl Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və hətta Milli Təhlükəsizlik Xidmətində kütləvi istefaların gözlənildiyi də bildirilmişdi. İddialara görə, Qaqik Qaleçyan və Artak Apitonyan artıq istefa məktubları yazıblar, Armen Qevondyana da Milli Təhlükəsizlik Xidmətindəki vəzifəsini tərk etməməsi şiddətlə tövsiyə edilib, lakin şöbəni yeniləməsi, rəhbərliyi ələ alması üçün Avet Adonsu razı salmağa çalışırlar.

Xatırladaq ki, bununla yanaşı, Adonsun nazir olmağa razı olmadığı təqdirdə Xarici İşlər Nazirliyinə parlamentin xarici əlaqələr komissiyasının rəhbəri və AŞPA-dakı Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyanın rəhbərlik edəcəyi barədə şayiələr var. İndiyə qədər bu söz-söhbətlərin, şaiyələrin rəsmi təsdiqi və ya təkzibi yoxdur.

Digər xəbərlər