Ermənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa ərizəsini təqdim edib. SİA Sputnik Ermənistan saytında yayımlanan iformasiyaya istinadən xəbər verir ki, bu barədə sözügedən sayta Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib.
Məlumatda qeyd olunur ki, Qalaçyan 27 may tarixində istefa məktubu yazıb. Məlumdur ki, həmin gün anoloji addımı nazir Ara Ayvazyan da atıb. Bu, Paşinyan tərəfindən sərhəddə vəziyyəti gərginləşdirmək planı elan edildikdən sonra baş verib. Bundan sonra Ermənistan mətbuatı Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və hətta Milli Təhlükəsizlik Xidmətinin yaxın vaxtlarda baş verəcək kütləvi istefaları barədə məlumat yayıb. Xarici işlər nazirinin 4 müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəis müavini Stepan Qalstyanın artıq istefa məktubu yazdığı qeyd edilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...