PDF Oxu

Dünya

  • 4 509

Kim Çen In 28 gündən sonra ictimaiyyət arasında görünüb

image

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In iyunun 4-də ictimaiyyət arasında görünüb. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, KXDR Əmək Partiyasının 8-ci çağırışının birinci iclasına sədrlik edib.

Həmin toplantıda iyunun birinci ongünlüyündə partiyanın Mərkəzi Komitəsinin plenumunun keçirilməsinə dair qərar qəbul olunub.

Bildirilib ki, iclasda Mərkəzi Komitənin Siyasi Bürosunun Rəyasət Heyətinin üzvləri, üzvlüyə namizədlər iştirak ediblər.

Qeyd edək ki, Kim Çen In mayın 7-dən sonra ictimaiyyət arasında görünmürdü. Bu, onun ictimaiyyət arasında görünmədiyi ən uzun müddət sayılır. Bunu Cənubi Koreyanın Birləşmə üzrə Nazirliyinin (Şimali Koreya ilə birləşmə məsələlərini kurasiya edir) sözçüsü mayın 31-də keçirdiyi brifinqdə bildirmişdi. Onun sözlərinə görə, dövlət başçısı sonuncu dəfə mayın 7-də ölkə paytaxtı Pxenyanda keçirilən konsertdə iştirak edib. Həmin gündən sonra o, xalq arasına çıxmayıb: “Kim Çen Inın ictimaiyyət arasında görünməməsi bu il ən uzun dövr sayılır”.

Cənubi Koreya rəsmisi Şimali Koreya liderinin ictimaiyyət arasında görünməməsinə münasibət bildirərək demişdi: “İndiki şəraitdə bu barədə dəyərləndirmə aparmaq yersiz hərəkət olar”.

Qeyd edək ki, 2020-ci ilin mayında Kim Çen Inın ciddi xəstəliyi və ya ölümü barədə xəbərlər yayılmışdı. O, yalnız 20 gün sonra ictimaiyyət arasında görünmüşdü.

Şimali Koreya lideri 2011-ci ildə atası Kim Çen İr öldükdən sonra hakimiyyətə gəlib.

Digər xəbərlər

Putin seçkilər zamanı məmurlar üçün “müayinə” təşkil edib

Kreml hakimiyyət şaqulinin harada uğursuzluğa düçar olmağa başladığını araşdırır...

Foreign Policy: Putinin imperiyası sona çatır...

Müharibə getdikcə Rusiyanın "böyüklüyünün" təməlini sarsıdır...

The Telegraph: Bu qərar Putinə baha başa gələ bilər

Yeni səfərbərlik etirazlara səbəb ola bilər...

WSJ: Kim daha güclüdür - Si, yoxsa Tramp?

ABŞ prezidenti tezliklə qətiyyət göstərmək şansına sahib olacaq...

“Putinin kreslosu uğrunda yarış başladı”...

Rusiya elitası yeni nəsil potensial varisləri müzakirə edir...

Putinə əsas siqnal...

Kreml hətta Moskvanı belə qorumağa qadir deyil...

Barbarlar...

Mətbuat katibi Peskovdan möhtəşəm bir şərh...

Putin Avropada “çəngəl”ə düşdü

“Mühasib” Merts yenə də Kremlə hər cəhətdən xoş bir insan kimi görünəcək...

Kreml paranoyasının çarəsiz cəfəngiyyatı

“Dəhşətli və amansız” Putinə nə oldu?