13-cü çağırış İran prezident seçkilərində 17,9 milyon (61,9%) səslə İbrahim Rəisi qalib gəlib. SƏS qəzetinin məlumatına görə, bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ümumilikdə prezident seçkilərində 59,3 milyon nəfər seçicidən 28,3 milyon nəfər səs verib. Bu isə seçkidə iştirakın 48,8% təşkil etdiyini göstərir.
Rəhmani Fəzli əlavə edib ki, digər namizədlər Möhsün Rzayi 3,4 milyon (11,7%) səs, Əbdülnasir Hemməti 2,42 milyon səs (8,3%), Əmir Hüseyn Qazizadə Haşemi təxminən 1 milyon (3,4%) səs toplayıb. Seçkilərdə 3,72 milyon səs isə etibarsız səs sayılıb.
İranda 13-cü çağırış prezident seçkiləri ötən gün (18 iyun) keçirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...