Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası vilayətində anomal istilər azı 719 nəfərin ölümünə səbəb olub. Bu gözlənilən saydan üç dəfə çoxdur. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Qeyd olunub ki, bu qədər insan son bir həftə ərzində ölüb. Dünyasını dəyişənlərin içərisində yaşlı insanlar üstünlük təşkil edir. Ölümlərin qarşısını almaq üçün xüsusi soyuducularla təchiz edilən məntəqələr yaradılıb.
Bundan əvvəl Britaniya Kolumbiyası əyalətində yerləşən Lutton yaşayış məntəqəsi meşə yanğınları nəticəsində tamamilə məhv olub. Mindən çox sakinə 15 dəqiqə ərzində yaşayış məntəqəsini tərk etmək göstərişi verilib.
Aysel Məmmədova
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...