Əlverişsiz hava şəraiti Türkiyənin əksər bölgələrində ciddi problemlər yaratmaqda davam edir. Sel və daşqınlar nəqliyyatın, o cümlədən qatarların hərəkətinə də problemlər yaradıb.
SİA xəbər verir ki, iyulun 3-nə proqnozlaşdırılan güclü yağış və külək Ankarada da fəsadlara səbəb olub. Türkiyə Dövlət Dəmir Yolları İdarəsinin məlumatına görə, Ankara-Konya sürətli qatar xəttinin Sarayönü hissəsi sular altında qalıb. Bu səbəbdən Ankara-Konya, İstanbul-Konya və əks istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Hazırda təbii fəlakət bölgəsinə xilasedici və bərpa briqadaları cəlb olunub. Su altında qalan dəmir yolunda qatarların hərəkətinin təhlükəsizliyi bərpa olunandan sonra qatarların işləməsinə icazə veriləcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...