PDF Oxu

Dünya

  • 4 213

Yaponiyada torpaq sürüşməsi baş verib, ölənlər var

Yaponiyada torpaq sürüşməsi baş verib, ölənlər var

Ötən gün Yaponiyanın Atami şəhərində torpaq sürüşməsi baş verib. SİA "NHK" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində, təxminən 80 ev dağılıb, 2 nəfər ölüb, 20 nəfər itkin düşüb.

Bu rəqəmlərin artacağı istisna edilmir.

Təxminən 2 km ərazidə axtarış əməliyyatlarına başlanılıb. Evlərin dağıntıları altından, təxminən 10 nəfər tapdılıb.

100-300 aralığında evlər müxtəlif dərəcədə zədələnib.

Sürüşməyə səbəb kimi Yaponiyanın mərkəzi və şərq bölgələrinə düşən güclü leysan yağışları göstərilir.

Digər xəbərlər