PDF Oxu

Dünya

  • 4 424

Binanın çökməsi nəticəsində ölənlərin sayı 46-YA ÇATDI

Binanın çökməsi nəticəsində ölənlərin sayı 46-YA ÇATDI

Xilasedicilər ABŞ-ın Florida ştatında bir binanın çökməsi nəticəsində daha 10 qurbanın cəsədini tapıb və beləliklə ölənlərin sayı 46-ya çatıb. SİA xəbər verir ki, bu barədə Associated Press ölənlərin qohumları üçün olan qapalı brifinqə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Mayami-Deyd yanğınsöndürmə idarəsinin rəis müavini Reid Cadalla insan cəsədlərinin yeni qalıqlarının, parçalarının tapılmasından bəhs edib və bu günə qədər yalnız 32 faciə qurbanının şəxsiyyətinin müəyyən edildiyini etiraf edib.

Səlahiyyətlilər, içindəki 130 mənzildən təxminən yarısının tamamilə dağıdıldığını söyləyib. Səlahiyyətli orqanlara görə axtarış işləri hələ də davam edir.

Digər xəbərlər