Haiti Senatı müvəqqəti prezidenti təsdiqləyib. Senat başçısı Jozef Lamber yeni dövlət başçısı seçilənə qədər respublikanın müvəqqəti prezidenti olacaq. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyd olunur ki, o, mütləq səs çoxluğu ilə seçilib.
"Yeni müvəqqəti prezident parlamentdə andı içəcək", - qətnamədə deyilir. Lamber onu dəstəkləyən siyasi qüvvələrə minnətdarlığını bildirib.
Xatırladaq ki, iyulun 6-dan 7-nə keçən gecə Haiti Prezidenti Jovenel Moiz və həyat yoldaşına iqamətgahında sui-qəsd olunub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...