The Lanket jurnalında dərc olunan araşdırmaya görə, Covid-19-dan sağalan insanların zəka qabiliyyətlərində azalma aşkar edilib. SİA xəbər verir ki, xüsusilə xəstəxanaya yerləşdirilən xəstələrdə 7 bala qədər IQ itkisi müşahidə olunub. Belə xəstələrin öyrənmə qabiliyyəti də azalıb.
London İmperial Kolleci və Kambric Universitetindən olan ingilis alimlər müşahidə ediblər ki, Covid19-dan yüngülcə xilas olanlar da daxil bu xəstəliyə yoluxan hər kəs zəka testini həll etməkdə xəstəliyi olmayanlardan daha çox çətinlik çəkiblər. Zəka qabiliyyətinin azalması ağır Covid-19 olanlarda daha çox idi.
Covidə yoluxanlarda düşünmə, planlaşdırma və problem həll etmək bacarığı azalır. Tibbdə bunu “beyin dumanı” adlandırırlar. Konsentrasiya olmaqda çətinlik çəkmək, doğru sözləri tapmaqda çətinlik çəkmək uzun müddət davam edən Covid xəstələrində tez-tez görülür.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...