Cənubi və Şimali Koreya inamı bərpa etmək və əlaqələri yaxşılaşdırmaq barədə razılığa gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki ölkənin liderləri, aprel ayından bəri çox sayda şəxsi məktub mübadiləsi aparıb. Şimali Koreya, iki ölkə arasındakı uğursuz sammitdən sonra münasibətlərin gərginləşməsi səbəbindən 2020-ci ilin iyununda qaynar xətti kəsib. Şimali Koreyanın rəsmi KCNA xəbər agentliyi deyib: "Liderlər arasında edilən razılığa görə, şimal və cənub 27 iyul saat 10:00-dan etibarən bütün koreyalararası rabitə əlaqəsi xətlərinin yenidən işlənməsi üçün bir tədbir alıb".
Agentlik həmçinin əlavə edib: “Liderlər qarşılıqlı inamı bərpa etmək və barışığı təşviq etmək üçün böyük bir addım atmağı qəbul ediblər".
Cənubi Koreyanın dövlət qurumundan verilən məlumata görə, hər iki tərəfin nümayəndələri üç dəqiqə telefonda danışıb.
Cənub tərəfin nümayəndəsi bu haqda deyib: “Bir ildən sonra yenidən danışmaqdan məmnunuq. Ümid edirik ki, bu bütün Koreya xalqına yaxşı xəbər gətirər”.
Turqay Musayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...