Tunis prezidenti Kays Səid, ABŞ dövlət katibi Antoni Blinken ilə telefonda danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Antoni Blinken deyib: "Biz qanuniliyə, hüquq və azadlıqlara hörmətlə yanaşdığımızı bir daha təsdiqləyirik". ABŞ Dövlət Katibi Antoni Blinken Tunis Prezidenti Kays Said ilə Tunisdəki vəziyyəti müzakirə edib. Blinken "tvitter" hesabında Prezident Səid ilə "yaxşı bir telefon görüşməsi" etdiyini açıqlayıb.
Antoni Blinken Tunis demokratiyasına öz dəstəyini dilə gətirib.
Blinken başqa bir yazısında bunları qeyd edərək yazıb: "Prezident Səidə insan haqlarına və demokratik tətbiqlərə riayət etməsi ilə bağlı məsləhət verdim. Onu bütün siyasi aktyorlar və Tunis xalqı ilə açıq dialoqa çağırdım" .
Tunis Prezidentinin ofisindən verilən açıqlamada prezident Kays Said, 80-ci maddə çərçivəsində görülən tədbirlərin dövləti və konstitusiya qurumlarını qorumaq və ictimai barışı təmin etmək məqsədi daşıdığını deyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da verdiyi açıqlamada Blinkenin iqtisadi böhranın və yeni koronavirus növünün (Kovid-19) ikili problemi ilə üzləşən Tunis xalqı üçün güclü tərəfdaşlığı və davamlı dəstəyini vurğulayıb.
Turqay Musayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...