PDF Oxu

Dünya

  • 11 933

“Dəmir yumruq”dan qorunmağın ən sadə yolu - SARKAZM

image

…İnanın, mən bu erməniləri heç başa düşə bilmirəm. Yazırlar ki, bu ilin birinci yarısında Ermənistandan qaçan 80 min erməninin artıq 22 mini Rusiya vətəndaşlığı alıb, sonra da deyirlər ki, “Nikola eşq olsun!”

Amma bununla onların Paşinyana nə demək istədiklərini anlamıram.

Daha sonra yazırlar ki, Annanı Fransaya istirahətə göndərib, özü Ayk Sərkisyanın oğlunun toyunda rəqs edən baş nazir, toyda ekologiya nazirinin müavini təyin etdiyi Qayane Qabrielyanın “TikTok”dakı şəbəkəsinə baxıb xeyli gülüb. O, hətta təyin etdiyi gənc kadrın qabiliyyətinə də heyran qaldığını gizlətməyib. Amma deyirlər bu dəfə elə də içkili olmayıb. Ona görə, bu da normaldır deyə, yenə də “Nikola eşq olsun!” deyiblər.

Sizi bilmirəm, ermənilərin Paşinyanla bağlı bu eyhamı da əvvəlki eyham kimi, yenə mənə çatmır. Bəlkə mən nəyi isə, hə, yadıma düşdü, onların “demokratik bir ölkədə” yaşadıqlarını unuduram…

…Necə də gözəldir Ermənistan kimi, “demokratık bir ölkədə” yaşamaq… bu ölkədə demokratiya “boldur” deyə, bütün bunlara görə Nikolu günahkar da bilirsiniz. Hələ bir prezident Armen Sarkisyana da irad bildirirsiniz ki, vətənin çətin günündə gedib Tokiodakı Olimpiya oyunlarına baxır. Məgər bu “biəvaların” arada bir istirahət etmək hüquqları yoxdur?

Siz də başlamısınız, hətta “qaşınmayan yerdən qan çıxarmaq” istəyirsiniz. O dəqiqə azərbaycanlılardan oğurlayıb əsl erməni adına layiq elədiyiniz düdüyü alırsınız əlinizə ki, “ölkə əldən gedir, belə bir zamanda Ermənistanın lideri yoxdur”. Hələ aranızda biri var ey, Qeqam Nazaryan, əl-ayağa düşüb ki, təcili “Hayastan” alyansının toplantısını çağırmaq lazımdır.

Mənə belə gəlir ki, o, açıq çəkildə deməsə də, amma Robert Koçaryanın yenidən hakimiyyətə qayıtmasını istəyir. Əslində bu da sizdəki demokratiya bolluğundan irəli gəlir.

…Odey, “əsil erməni fədaisi” ombudsman Arman Tatoyan, and-aman edir ki, gecə səhərə kimi “top səsindən” gözünü belə yuma bilməyib. Səhər yuxudan duran kimi də, türklər demiş “qəhvəaltısız-zadsız” durub gəlib “tülkü” kimi gizlicə atəş açıb indi qorxularından gizlənməyə yer axtaran “qəhrəman erməni əsgərlərinin” yanına. Gizlənən “qəhrəman erməni əsgərlərinə” öz “gərəkli məsləhətlərini” verən Tatoyan, bundan sonra onlara şad bir xəbər də deyib. Deyib ki, hələ ki, sentyabrın 16-a qədər gizləndiyiniz yerdən başınızı qaldırmayın, cünki həmin gün Ermənistan KTMT-nin sədri olacaq(?).

…Tatoyan mövcud vəziyyətlə bağlı Ermənistanın təşkilata müraciət edib-etmədiyini bilməsə də, amma hələlik “Dəmir yumruğun” zərbəsinə tuş gəlməmək üçün “qəhrəman erməni əsgərlərinə” başlarını qaldırmamağı məsləhət görüb.

Ağasəf Babayev

Digər xəbərlər

Sentyabrın 1-dən Rusiya məktəblərində ərəb dili tədris olunacaq...

Ərəb dili sentyabr ayından etibarən rəsmi olaraq məktəb tədris planına daxil edilib...

ABŞ senatorları: Rusiya aktivləri Ukrayna üçün silahlara xərclənsin!

Hazırda Rusiya vəsaitlərinin yalnız ölkənin yenidən qurulması üçün istifadəsinə icazə verilir...

“Alyaska sazişi”: Tramp Ukraynanın xəritəsini necə yenidən çəkdi...

Makron: Tramp Ukrayna torpaqlarının Rusiyaya verilməsi ilə bağlı müqaviləni az qala imzalayacaqdı...

Taqanroqdakı zavod dron istehsalını dayandırıb, niyə?..

Partizanlar “Atlant-Aero” zavodunu elektriksiz qoydular…

“Ukrayna blef etmir - Lukaşenkonu tez bir zamanda məhv edə bilər”

Zelenskinin Belarus liderinin ultimatumuna ilkin reaksiyalar…

Ukrayna Rusiyaya qarşı zərbələr üçün yeni Britaniya raketləri alacaq...

London Amerika komponentləri olmadan uzun mənzilli silahlar hazırlayır...