İtaliyada ilk dəfə olaraq Covid-19 peyvəndi iynəsiz şprislə hazırlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Messina şəhəri iynəsiz Covid-19 peyvəndi hazırlayan ilk Avropa şəhəri olub. Peyvənd vurarkən hava təzyiq sistemi vasitəsi ilə vaksini qola vuran iynəsiz şprisdən istifadə edilir. İynəsiz şpris, 0.15 mm-lik mikro dəlikdən 100 milli saniyədən az müddətdə vaksini qola vurur.
Mütəxəssislər bu haqda deyib: "Bu mexaniki cihaz iynəsiz şprisimizin pistonunu itələyən bir yay sayəsində işləyir. Proses sürətə əsaslanır. Cihazın içindəki maye yüksək sürətlə xaricə itilir və kəskinləşir. Bu, hazırda istifadə olunan su jeti texnologiyasına çox bənzəyir". İynəsiz peyvəndi qəbul edən ilk insan Anna Aveni, heç bir ağrı hiss etmədiyini deyərək bunları əlavə edib: "Sadəcə bir az təzyiqli idi, hamısı budur".
ÜST məlumatlarına görə, dünya əhalisinin təxminən 10 faizində "belonefobiya", yəni iynə qorxusu olduğu təxmin edilir. Tədqiqatçılar, xalqı bu üsullarla koronavirus peyvəndi almağa təşviq etməyi hədəfləyir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...