PDF Oxu

Dünya

  • 3 530

"Vətəndaşlarımızın bütün ehtiyacları qarşılanacaq" - ƏRDOĞAN

image

Konstitusiyaya əsasən, yanan ərazilər başqa məqsədlərlə istifadə edilə bilməz, orada təkrar ağaclar əkilməlidir. Türkiyənin meşə sahələrini artıran bir hakimiyyət olaraq başlıca vəzifəmiz yanan hər bölgədə daha da çox ağac əkməkdir. SİA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının davam etdiyi Antalyanın Manavqat rayonuna səfəri zamanı bildirib.

Fəlakət bölgəsini ziyarət edən Prezident Ərdoğan daha sonra jurnalistlərə açıqlama verib.

Yanğının təsir etdiyi bölgələrdə zəruri ehtiyacların ödənməsi üçün 50 milyon türk lirəsi məbləğində vəsaitin ayrıldığını deyən Türkiyə Prezidenti evləri yanan və zərər görən ailələrə kirayə üçün yardım göstəriləcəyini, kənd təsərrüfatına, heyvandarlığa və istixanalara dəyən zərərin ödəniləcəyini vurğulayıb. Türkiyə Prezidenti bildirib: “Fəlakət bölgəsində yerləşən evlər yerli arxitekturaya uyğun olaraq bir il ərzində bərpa ediləcək. İlkin araşdırmalara görə, burada 16 məhəllə yanğından zərər görüb, bəzi məhəllələr boşaldılıb.

Vətəndaşlarımızın bütün ehtiyacları qarşılanacaq. Elektrik problemi yaranan 35 kənddən 12-nə elektrik enerjisinin verilməsi təmin edilib. Su qıtlığı ilə üzləşən 25 məhəllədən 10-nun problemi həll olunub”.

Digər xəbərlər

Kreml üçün yeni bir böhran…

Bu, kritik infrastrukturda daha bir maneədir…

Putin gülünc vəziyyətə salındı..?

Bu, Kremlin Ukrayna şəhərlərini “ələ keçirməsini” ilk dəfə uydurması deyil...

Madyar Moskvaya qarşı çıxdı...

Macarıstanda Orban dövrü başa çatdı...

Moskva əhəmiyyətli ərazi qazanclarına nail ola bilmədi

Britaniya kəşfiyyatı Rusiyanın müharibədəki itkilərini 1,5 milyon nəfər olaraq qiymətləndirib...

O, güclə yeriyə bilir: Kadırovun vəziyyəti kəskin şəkildə pisləşib...

Çeçenistan lideri Moskvada görünməyi tamamilə dayandırıb...

Sankt-Peterburq Ukrayna qüvvələrinin hücumlarına hazırlaşır...

Şəhərdə doqquz metro stansiyası bomba sığınacağı kimi uyğunlaşdırılır...

Çin niyə Misirə pul qoyur?

Pekin üçün Misir regional böhranlar və beynəlxalq sistemin transformasiyası fonunda Yaxın Şərqdə və Afrikada Çinin iştirakını genişləndirmək strategiyasının vacib elementinə çevrilir...

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib Hər imperiya eyni şəkildə bitir...