PDF Oxu

Dünya

  • 3 516

Rusiya hərbi təlimlərə başladı

image

Özbəkistanın Əfqanıstanla sərhədindəki Tirmiz poliqonunda Özbəkistan Silahlı Qüvvələri və Rusiya Mərkəzi Hərbi Bölgə Komandanlığı əsgərlərinin iştirakı ilə Rusiya-Özbəkistan ortaq hərbi təlimləri başlayıb. SİA xarici KİV-ə istinadla xəbər verir ki, hərbçilər qeyri-qanuni yollarla ölkəyə girən silahlı şəbəkələri zərərsiləşdirməklə bağlı birgə hərbi manevr keçirir.

Özbəkistan və Rusiya silahlı qüvvələri manevr boyu silahlı şəbəkələri müəyyənləşdirərək məhv etmək üçün əmr, manevr, müdafiə, hücum və düşmənə qarşı mübarizə bacarıqlarını yerinə yetirəcək. 10 avqustda sona çatacaq ortaq hərbi təlimlərdə hər iki ölkədən 1500 əsgər və 200 hərbi vasitə var. Manevrə ayrıca Qırğızıstandakı Rusiya hərbi bazasındakı Su-25 döyüş təyyarələri və hərbi helikopterləri də dəstək verəcək.

Bundan əlavə, 5-10 avqust tarixlərində Rusiya Əfqanıstanın digər qonşusu Tacikistanla Əfqanıstan sərhədi yaxınlığında ortaq manevr keçirəcək. Ölkənin cənubundakı Maydon poliqonunda baş tutacaq hərbi təlimə 1000-ə yaxın Rusiya əsgəri, 300-dən çox hərbi maşın qatılacaq.

Birgə hərbi təlimlərin məqsədi Əfqanıstanın şimalında hökumət qüvvələri ilə Taliban arasındakı qarşıdurmaların artması və talibançıların Orta Asiya ölkələriylə olan sərhədlərin bir hissəsini ələ keçirməsindən sonra Əfqanıstanla sərhədləri gücləndirməkdir.

Qeyd edək ki, Əfqanıstanın Özbəkistanla 144, Tacikistanla 1344 kilometrlik ortaq sərhədi var.

Son vaxtlar Talibanın hücumlarından qaçan 1500-ə yaxın Əfqanıstan hərbçisi və 500-dən çox vətəndaşı Tacikistana, 100-dən çox əsgəri isə Özbəkistan torpaqlarına sığınıb.

Digər xəbərlər

Əməliyyatlar cəbhə xəttindən çox kənara çıxıb...

The Telegraph: Ukraynanın Məxfi Xidməti gizli əməliyyatlar üzrə ustad dərsləri keçirir...

Belarus Rusiya pivə alıcılarının siyahısında birinci yerdədir...

Rusiya Rusiyaya 13 milyon dollar dəyərində içki idxal edib...

Baş Qərargahın bir dolaşıqlığı...

Bu, əvvəllər heç vaxt baş verməyib və budur, yenə də belədir...

SSRİ-nin dağılmasından sonra Qərbin əsas səhvi..?

Qərb dövlətləri Rusiyanın nəhayət demokratiyanı seçdiyinə çox erkən inanırdılar...

Dünyada ilk dəfə: unikal əməliyyat

Ukrayna hərbi dəniz pilotsuz təyyarəsi Kinburn tüpürcəyinə robot paraşütçü endirib...

“Bura gəlməyinizə məmnun deyilik...”

Rusiyaya gələn miqrantların savadsız və kasıb övladları üçün giriş məhdudiyyətləri sərtləşdirilib...

Robot müharibələri yaxınlaşır...

Yerüstü müharibələrin təbiəti dəyişir...

Rusiya Mərkəzi Bankı Krımla vidalaşır?

Yeni 100 rublluq əskinasda artıq işğal olunmuş yarımadanın təsviri yoxdur...