Ukraynalılar niyə ruslardan xoşlanmırlar?

…Ukrayna öz inkişaf yolunu seçib- Avropa Birliyi və NATO-ya üzvlük. Ukrayna saytlarının iddiasına görə, bununla bağlı ölkədə rəyi soruşulanların dörddə üçü Avropa Birliyinə üzv olmaq üçün səs verməyə hazır olduqlarını bildirirlər. NATO üçün - müvafiq olaraq referenduma qatılmağa hazır olan ukraynalılar isə ölkə əhalisinin üçdə ikisini, bəlkə də çoxunu təşkil edirlər.

Qeyd edək ki, ukraynalıların etirafına görə, Rusiyanın Ukrayna torpaqlarına təcavüzündən sonra ukraynalılar arasında Avroatlantik kursuna dəstək əhəmiyyətli dərəcədə artmaqdadır.

Ukrayna saytlarının yazdığına görə, gələn ay öz müstəqilliklərinin 30 illiyini qeyd etmək istəyən Kiyevin bu qərarını ruslar hələ də qəbul etmək istəmirlər. Əslində, ukraynalılar buna elə də təəccüblənmirlər. Çünki onların dediyinə görə, ruslar bir əsrdən çox əvvəl baş verən Finlandiya və Polşa itkisini hələ də qəbul etmək istəmirlər.

Bu gün Putin təkcə ukraynalıların azadlıq və müstəqillik hüququnu inkar etmir. Putin həm də Moskvanın Avropadakı vetosunu yenidən təsir dairələrinə bölməklə təmin etmək istəyir.

“Tarixin təhrif edilməsi, təcavüzkar bir siyasətin, bugünkü Rusiya üçün “yaşayış sahəsinin” müəyyən edilməsinin ekranından başqa bir şey deyil”.

Bunu da ukraynalılar deyirlər. Onların dediyinə görə, bu gün ukraynalıların, öz kimlikləri ilə bağlı heç bir problemləri yoxdur: “…Bu gün Putinin nə düşündüyündən asılı olmayaraq, biz bərabərhüquqlu üzvləri müxtəlif etnik mənşəli, fərqli konfessiyalara və dilçi icmalara sahib olan Ukrayna siyasi millətiyik. Ruslardan təkcə öz tarixi təcrübəmiz, dilimiz, mahnılarımız və rəqslərimiz, mətbəximizlə deyil, həm də siyasi mədəniyyətimizlə, insan hüquq və azadlıqlarına münasibətimizlə, geosiyasi nişanələrimizlə, şüurlu və köklü Avropa sivilizasiyasına mənsubluğumuzla fərqlənirik”.

Maraqlıdır ki, Ukrayna səlahiyyətliləri 2008 -ci ilin yazında NATO -nun Buxarest sammitində Ukrayna və Gürcüstana Üzvlük Fəaliyyət Planı verməkdən imtina etməsində əsas günahkar kimi Putin Rusiyasını görürlər.

“…ruslar və ukraynalılar əslində eyni xalqdır. Özünəməxsus mədəniyyətləri, dilləri və tarixləri ilə, amma mahiyyətcə eyni xalq”. Deyim ki, bu fikirləri bir müddət bundan əvvəl Putin səsləndirib. Amma, əvvəllər də dediyimiz kimi, ukraynalılar Rusiya prezidentinin bu fikirləri ilə heç cür razılaşmırlar. Onlar rusiyalı prezidentin bu fikirlərini artıq yetişmiş Putinçiliyin təzahürü kimi təqdim edirlər.

Ağasəf Babayev