PDF Oxu

Dünya

  • 3 151

“Erməni könüllü dəstələri”nin iflasa uğramasının əsas səbəbi

image

Bu ermənilər də qəribə məxluqdurlar ey… Baş naziri özləri seçiblər, indi də “nəm-nüm” edirlər. “Nəm-nüm”lərindəki “maddələrdən” biri də budur ki, Nikol vaxtilə baş nazir kimi, elə də pis nazir olmasa da, amma Ermənistan kimi “qəhrəman igidlərə” malik bir ölkənin Ali Komandiri olarkən öz işinin öhdəsindən gələ bilməyib. Yəni, loru dildə desək, yarıtmayıb, belə bir “igid döyüşçülərə” məxsus erməni ordusunun “gücündən” lazımınca yararlana bilməyib, silahını atıb qaçan “qəhrəman erməni əsgərlərinin” qabağını ala bilməyib və s…

Deyim ki, ermənilər bütün bunları elə-belə də demirlər, belə ki, onlar dediklərini əsaslandırmaq üçün tutarlı “faktlar” gətirirlər. Məsələn, onlar deyirlər ki, 44 günlük müharibədə filan qədər əsgər itirdiyimiz, nə qədər “ağrılar”çəkdiyimiz artıq arxada qalmaqdadır. Amma bu gün Azərbaycanın Ermənistan sərhədindəki hərbi eskalasiya və daha nə bilim nə… hələ ki, Ali Komandir kimi Nikolun heç vecinə belə gəlmir. Oturub sakit kabinetində, gətirilən sənədləri qollayır. Halbuki, bütün bu hisslər ona yad olmalıdır, Nikolda da adnan tanınan “erməni ruhu” baş qaldırmalıdır. Yəni o, Ermənistanın qalan torpaqlarını qorumaq üçün əvvəl təklif etdiyi variantların yeni versiyalarını təklif etməlidir.

…Unudanlara xatırladım, ötən ilin 21 oktyabrında Nikol şəxsi “Facebook” səhifəsində Ermənistandakı vətəndaşlara “erməni könüllü dəstələrinin” yaradılması barədə gözəl bir təklif vermişdi. Əslində, 6 bənddən ibarət olan “bu gözəl təklif” erməni hərb işindən başı çıxanlar tərəfindən təqdir olunub təriflənsə də, amma sonradan heç bir işə yaramadı. Maraqlıdır ki, sonradan “bu gözəl təklif”i təqdir edib tərifləyənlər Nikoldan gizli də olsa dediklərini dandılar. Bəzi erməni hərbçiləri isə Nikolun “təklifinin” başlıca çatışmamazlığını onun natamamlığında, yəni 7-ci bəndinin olmamasında gördülər.

İndi ermənilər baş nazirdən 21 oktyabr təklifinin 7-ci bəndinin üzərində işləyib yeni variantda xalqa təqdim etməsini təklif edirlər. …Deyirlər, bəlkə bu onları hazırda Ermənistan səhədində olan “azərbaycanlılar tərəfindən gələn bəladan” hifz edə bilə...

Ağasəf Babayev

Digər xəbərlər

Çağırışçılar çox vaxt heç cəbhəyə belə çatmırlar, elə...

Z-bloqçu Rusiya ordusundakı qəribə itkilər haqqında hekayələr paylaşıb...

Kiyev müsəlmanlar arasında terrorçuları cəlb edir..?

Təxribatçıların bəzilərinin yaşı 18-dən azdır..?

Səudiyyə Qətərə hücumdan sonra İranı hərbi qisasla hədələyir...

Sərt cavab təkcə Qətərin Ras Laffan kompleksinə edilən zərbələr deyil, həm də krallığın ərazisinə birbaşa hücumlar ilə əlaqədardır...

Gəmi sahibləri Hörmüz boğazından neft daşımaq üçün riskə gedirlər...

Bu səyahətlər müasir dəniz ticarətində ən riskli hala gəlib...

“Rusiyanın heç bir bölgəsi özünü təhlükəsiz hiss edə bilməz...”

Rusiyalı general dronlardan qorumağın mümkün olmadığını bildirib...O, bunu ölkə ərazisinin çox böyük olması ilə əlaqələndirib...

Amerika qoşunları İran adalarına enməyə hazırlaşırmı?

Hərbi ekspert bunun mümkün olub-olmadığını izah edir...