PDF Oxu

Dünya

  • 2 850

Rusiyalı borclular xaricə gedə bilməzlər

image

Rusiya Milli Peşəkar Kolleksiya Agentlikləri Birliyinin (NAPKA) rəhbəri Elman Mehdiyev “RİA Novosti”yə verdiyi açıqlamasında böyük borclar səbəbi ilə xaricə səyahət etməkdə çətinlik çəkə biləcək rusların sayının artıq 7,2 milyona çatdığını bildirib.

Birlik rəhbəri onu da bildirib ki, 90 gündən artıq vaxtı keçmiş borclar əsasən 30 min rubldan çox olan borclardır: “Əgər məhkəmə qərara alarsa, o halda borc ödəyiciləri ölkəni tərk edə bilməyəcəklər”.

Mehdiyevin dediyinə görə, Rusiyada səyahətə getmək istəyən hər hansı bir borc ödəyicisi səyahətdən əvvəl adı və atasının adını Federal İcraçı Xidmətinin veb saytında yoxlatmalıdır. Əgər onun adı həmin siyahıda varsa, deməli, borcunu ödəyənə qədər səyahətini təxirə salmalıdır. Əks halda onun sərhəddən geri qaytarılması da istisna olunmur.

Xatırladaq ki, ötən ay Rusiya Vəkillər Kollegiyasının idarə heyətinin sədri Vladimir Qruzdev “RİA Novosti”yə bildirib ki, qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası məhkəmə icraçılarına xaricə səyahət etmək hüququ olmayan borcluların xarici pasportlarını ələ keçirməsinə imkan verən layihəni təsdiqləyib. Amma sənəd hələ ki Dövlət Duması tərəfindən təsdiqlənməyib.

Ağasəf Babayev

Digər xəbərlər

Çağırışçılar çox vaxt heç cəbhəyə belə çatmırlar, elə...

Z-bloqçu Rusiya ordusundakı qəribə itkilər haqqında hekayələr paylaşıb...

Kiyev müsəlmanlar arasında terrorçuları cəlb edir..?

Təxribatçıların bəzilərinin yaşı 18-dən azdır..?

Səudiyyə Qətərə hücumdan sonra İranı hərbi qisasla hədələyir...

Sərt cavab təkcə Qətərin Ras Laffan kompleksinə edilən zərbələr deyil, həm də krallığın ərazisinə birbaşa hücumlar ilə əlaqədardır...

Gəmi sahibləri Hörmüz boğazından neft daşımaq üçün riskə gedirlər...

Bu səyahətlər müasir dəniz ticarətində ən riskli hala gəlib...

“Rusiyanın heç bir bölgəsi özünü təhlükəsiz hiss edə bilməz...”

Rusiyalı general dronlardan qorumağın mümkün olmadığını bildirib...O, bunu ölkə ərazisinin çox böyük olması ilə əlaqələndirib...

Amerika qoşunları İran adalarına enməyə hazırlaşırmı?

Hərbi ekspert bunun mümkün olub-olmadığını izah edir...