İran Prezidenti Həsən Ruhani hakimiyyətdə olduğu müddətdə etdiyi səhvlərə görə həmvətənlərindən üzr istəyib. Qeyd edək ki, dövlət başçısı avqustun 3-də vəzifəsini tərk edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ruhani ictimaiyyətə bu sözləri ünvanlayıb: "Siyasətimizdə daha az səhv və çatışmazlıqlar olmasına çalışdıq. Amma əgər hər hansı səhvimiz olubsa, o zaman insanlardan üzr istəyirəm". O, əhalinin ölkədə həyat səviyyəsi ilə bağlı vəziyyətdən narazı olduğunu etiraf edib. Ruhani İranın ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə tətbiq etdiyi ABŞ sanksiyalarının təzyiqi altında olduğunu vurğulayıb. Xatırladaq ki, İranın yeni prezidenti 18 iyul seçkilərinin qalibi İbrahim Raisi olacaq.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...