Özbəkistanda COVID-19 və digər virusları məhv edən cihaz hazırlanıb.
SİA xəbər verir ki, Daşkənddəki Dövlət Sanitar-Epidemiologiya Nəzarəti Mərkəzində cihazın təqdimatı keçirilib.
Cihazın müəllifi, mühəndis Olim Yusupov bildirib ki, bu texnologiya COVID-19 və başqa yoluxucu xəstəliklərin müalicəsində həlledici rol oynaya bilər. “BioGenetik” adlanan cihaz hava məkanını müxtəlif bakteriyalardan, əsasən də COVID-19 virusundan təmizləmək gücünə malikdir.
“Aparatın havaya buraxdığı elektronlar virusları, bakteriyaları və mikrobları taparaq zərərsizləşdirir. Bu cihaz vərəm, hepatit, COVID-19 və digər yoluxucu xəstəliklərin profilaktikasında və müalicəsində çox faydalıdır”, - deyə o əlavə edib.
Hazırda bu texnologiya Özbəkistanın test qəbulu məntəqələrində, laboratoriyalarda, dövlət və tibb müəssisələrində istifadə olunur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...