PDF Oxu

Dünya

  • 2 365

Oğru ola bilməməyin gətirdiyi “fəsadlar”...

Oğru ola bilməməyin gətirdiyi “fəsadlar”...

...Yaxşı, indi biz bunu necə başa düşək? Bir yandan deyirsiniz ki, Nikol Paşinyan ölkədə korrupsiyaya qarşı mübarizə aparan və xalqı talayan Serj Sarkisyanla Robert Köçəryandan köklü şəkildə fərqlənən bir siyasətçidir. Yəni Nikol əvvəlkilərdən fərqli olaraq, sənaye miqyasında oğurluqlar etmir.

O biri yandan da deyirsiniz ki, onun oğurluq etməməsi biz ermənilərə sonda Ermənistanın ikinci və üçüncü prezidentlərinin korrupsiyasından da qat-qat baha başa gəldi.

...Guya Nikol “əzəli erməni torpaqlarını” əbədi olaraq itirdi. Mən belə başa düşdüm ki, guya Nikol da oğurluq etməyə qurşansaydı, deməli “əzəli erməni torpaqları” itirilməyəcəkdi?

Bundan başqa, yenə də guya Paşinyan “məğlubedilməz erməni ordusunun” həqiqi vəziyyətini təhlil etməyib. Bizim kimi, qarşı tərəfin də “muzdlu döyüşçü yardımından” “yararlana biləcəyini” nəzərə almayıb.

Rusları sizin əvəzinə döyüşmədiyinə, sizi “əzizləyib qorumadığına” görə söyməyiniz bəs deyilmiş, indi də yaşaş-yavaş Qərbin ünvanına döşəyirsiniz. Deyirsiniz ki, Qərb qorxaqlıq nümayiş etdirdi, Putin Rusiyası ilə birbaşa hərbi qarşıdurmaya getməmək üçün bizə “yardım edib, qorumadı”.

Bəs, fransız qardaşlarınızın kiçik baçı kimi sizlərə göndərdikləri yardımları niyə demirsiniz? Təkcə fransızlarmı? Təbii ki, fransızların sizin tərəfdən vuruşmaq üçün canlı hərbi qüvvə göndərməməsini deyirsiniz? Hamsı əsasla olduğunu bilməsəm də, nə qədər Fransa vətəndaşı olan erməninin Qarabağda gəbərdiyi barədə az-çox məlumatlıyam. Bir də, başqa bir dövlətin ordusunun “məğlubedilməz erməni ordusuyla” çiyin-çiyinə vuruşması düz olmazdı axı? Ən azından bu, “məğlubedilməz erməni ordusunun adına ləkə gətirə bilərdi”.

...İndi burnunuz əzilsə də, amma yenə də xain əməllərinizdən qalmırsınız. “Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin mühafizəsini öz üzərinə götürməsi yaxşı xəbər ola bilməz”-deyirsiniz. Kiçik bacı kimi böyük fransız qardaşlarınızın Ermənistan-Azərbaycan sərhədinə gətirilməsini istəyirsiniz(?).

Burada bir şeyi unudursunuz, kim nə deyir, desin, amma bu gün ruslar Ermənistanın “suverenliyini” qorumaqla yenə də bu ölkənin təhlükəsizliyinə zəmanət verir. Əslində bu o deməkdir ki, sərhəd zolağı deyilən bir məfhum var, burada Ermənistan Rusiyanın iradəsindən kənar addımlar ata bilməz. Məsələ bundadır ki, əksər erməni rəsmiləri bunu gözəl olaraq qansa da, amma yenə də öz erməniliklərini edirlər.

Ağasəf Babayev

Digər xəbərlər