ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları zamanı 8 nəfər itkin düşüb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Plumas dairəsinin şerifi ofisinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Biz 8 nəfərin itkin düşməsi barədə məlumat almışıq".
Məlumata əsasən, itkin düşənlərdən 5-i "Diksi" adı alan meşə yanğını nəticəsində tamamilə məhv olan Qrinvill şəhərinin sakinləridir. Hazırda "Diksi" yanğını 180 min hektar ərazini əhatə edir.
Qyed edək ki, "Diksi"dən əlavə Kaliforniyada daha 10 meşə yanğını qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, yanğınlarla mübarizədə təxminən 8,5 min yanğınsöndürən mübarizə aparır. Yanğının təsiri altında olan ərazilərdən 16 mindən artıq sakin təxliyə edilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...