Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 570 minə yaxın olub.
SİA “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 569 min 255 nəfər yeni koronavirusa yoluxub, 9 min 15 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 202 milyon 931 min 827, ölənlər isə 4 milyon 298 min 756 nəfərə çatıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (36,5 milyon), Hindistan (31,9 milyon), Braziliya (20,1 milyon), Rusiya (6,4 milyon), Fransa (6,2 milyon), Böyük Britaniya (6 milyon) və Türkiyədə (5,8 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...