Rusiyanın Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidməti qarşıdakı həftədə ölkənin bəzi ərazilərində anormal istilərin baş verəcəyini bildirir. Xidmətin elmi direktoru Roman Vilfand bildirib ki, ən yüksək temperatur Şimali Qafqazda olacaq. Belə ki, qarşıdakı həftədə Dağıstan, İnquşetiya və Çeçenistanda 40 dərəcə isti gözlənilir.
Rusiyalı sinoptikin proqnozuna görə, ölkənin Stavropol diyarında, Krımda və Kubanda da “dəhşətli” istilər gözlənilir. Belə ki, termometrlər bu yerlərdə 35-38 dərəcəni göstərəcək. Mərkəzi Qaratorpaq bölgəsində: Voronej, Lipetsk, Kursk, Belqorod və Tambov bölgələrində 36-37 dərəcə isti olacaq. Qeyd edək ki, bu da normadan 7-8 dərəcə yüksəkdir.
Rusiyalı sinoptiklərin proqnozuna istinad edən TASS Tatarıstan, Samara, Saratov və Orenburq bölgələrində hava temperaturunun müsbət 36-39 dərəcəyə qalxacağını bildirir.
Yeri gəlmişkən, bildirək ki, Rusiyada sonuncu dəfə belə anormal istilər 2010 -cu ilin iyun və avqust aylarında qeydə alınıb. Onu da bildirək ki, həmin istilər Rusiyanın bir sıra şəhər və bölgələrində görünməmiş dumanla müşayiət olunan kütləvi yanğınların səbəblərindən biri olub. Ölkənin iqtisadi və ətraf mühitinə xeyli ziyan vurub.
Onu da xatırladım ki, həmin ərəfədə Rusiya Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinə rəhbərlik edən Aleksandr Frolov, göl çöküntülərinin məlumatlarına əsaslanaraq, Rusiyada Rruik dövründən bəri, yəni 1000 ildən artıqdır ki, belə isti bir yay olmadığını söyləmişdi.
…Beləliklə, 2010-ğu ilin yayında Rusiyanın Tambovda və Volqoqrad bılgələrində 41.1 dərəcə istilik qeydə alınmışdı ki, bu da indiyə qədər Rusiyada yaşanan ən isti hava kimi göstərilir.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...