PDF Oxu

Dünya

  • 4 383

Arakel Ermənistan ordusunun hərbi kəşfiyyatına yeni rəis təyin edildi

Arakel Ermənistan ordusunun hərbi kəşfiyyatına yeni rəis təyin edildi

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Arakel Martikyan tutduğu vəzifədən azad edilib. SİA xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

Belə ki, general-mayor Araik Arutyunyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Araik Arutyunyan bundan əvvəl ordunun 2-ci korpusunun komandiri vəzifəsində işləyib.

Prezidentin sərəncamına görə, Vaqram Qriqoryan isə ordunun 2-ci korpusunun komandiri vəzifəsinə təyin edilib.

Yeni təyinatlar Ermənistanın Baş naziri Nikol Paşinyanın təkliflərinə əsasən imzalanıb.

Digər xəbərlər