Gürcüstan Prezidenti Salome Zurabişvili irimiqyaslı tədbirlərdə iştirak etməyəcək və onun üçün nəzərdə tutulmuş bütün tədbirlər təxirə salınıb.
SİA xəbər verir ki, bu barədə Gürcüstan Prezident administrasiyası bəyanat yayıb.
Bəyanatda deyilir ki, Gürcüstan Prezidenti ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar kütləvi tədbirlərdə iştirak etməyəcək və dövlət başçısı üçün əvvəlcədən nəzərdə tutulmuş tədbirlər təxirə salınır.
Prezidentin, hətta Tokio Olimpiadasında iştirak etmiş idmançılarla görüşü də baş tutmayacaq.
Gürcüstan dövlətinin başçısı pandemiya ilə əlaqədar əhalini bir-birinin qeydinə qalmağa, qadağalara riayət etməyə və kütləvi şəkildə peyvənd olunmağa dəvət edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...