"Türkiyədə 476 cəbhədə yanğınlarla mübarizə aparıldı".
SİA xəbər verir ki, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli ölkədə baş verən kütləvi meşə yanğınları ilə bağlı mətbuat konfransında bildirib.
Hazırda 267 yanğının nəzarət altında olduğunu vurğulayan B.Pakdemirli iki vilayətdə üç yerdə yanğınla mübarizənin davam etdiyini bildirib: "Muğlada Köyceğiz, Milas, Aydında isə Bozdoğanda yanğınlar var. Bu axşam meşə yanğınlarının tamamilə nəzarət altına alacağımıza ümid edirəm. Hazırda istilik elektrik stansiyalarında gözlənilən təhlükə aradan qaldırılıb, ətrafda qoruyucu zolaq salınıb və bundan sonrakı bu tipli tikintilərdə də bu cür mühafizə zolağı nəzərə alınacaq".
Nazir deyib ki, yanğınla mübarizədə könüllü iştirak etmək istəyənlər "e-devlet" üzərindən müraciət edə bilərlər.








