Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kastamonu, Bartın, Sinop vilayətlərini fəlakət bölgəsi elan edib. SİA türk mətbuatına istinadən xəbər verir ki, sözügedən bölgələrdə böyük sel daşqınlarından sonra Türkiyə Prezidenti televiziya vasitəsilə vətəndaşlara açıqlama verib.
Türkiyə Prezidentinin sözlərinə görə, güclü yağışlar Kastamonu, Bartın və Sinop vilayətlərində böyük selə səbəb olub: "Xilasetmə işləri davam edir. Bartında itkin düşən soydaşlarımız var. Bəzi vətəndaşlarımızın müalicəsi hələ də davam edir. Dünyanın bir çox yerində olduğu kimi, ölkəmiz də uzun müddətdir təbii fəlakətlərlə mübarizə aparır. Eyni şey Amerika, Kanada və Almaniyaya da aiddir. Məqsədimiz bu fəlakətlərdə boğularkən ən az ziyanla çıxmaqdır".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...