“Taliban” hərəkatı Nanqarxar əyalətinin Cəlalabad şəhərini tutublar. SİA Tacikistan mətbuatına istinadla xəbər verir ki, bununla da taliblər ölkənin 34 əyalətindən 24-nə nəzarət edirlər.
Məlumatda bildirilir ki, şəhər döyüşsüz taliblərə təhvil verilib. Dünən isə taliblər gün ərzində Şaran (mərkəzi Paktika), Asadabad (Kunar) və Qardez (Paktiya) əyalətlərini, Fəryab və Bəlx vilayətlərinin mərkəzləri Meymunə və mühüm əhəmiyyətə malik Məzari-Şərif şəhərlərini tutmuşdular.
Kabildən başqa Əfqanıstanın ən böyük şəhərləri artıq “Taliban” hərəkatının nazarətindədir.
Əfqanıstan insan hüquqları üzrə Komissiyasının məlumatına görə, son bir ayda taliblər 1200-dən artıq dinc sakini qətlə yetirib, 1 milyondan çox sakin evlərini tərk edib. Təxminən 20 milyon əfqanın humanitar yardıma ehtiyacı var.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...