Əfqanıstanın bütün böyük şəhərlərini ələ keçirən “Taliban” hərəkatının döyüşçüləri ölkənin paytaxtı Kabili də tam nəzarətə götürmək üzrədirlər. Qeyd edək ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi də təsdiqləyib.
Rusiyanın “RİA Novosti” agentliyi xarici mənbələrə istinad edərək “Taliban” yaraqlılarını artıq paytaxtın bir neçə bölgəsində bayraqlarını qaldırdıqlarını xəbər verir.
Hazırda nizamsız Əfqanıstan ordusunun müqavimət göstərməkdə çətinlik çəkdiyi bildirilir. Bu arada ölkə prezidentinin müavini marşal Abdul Rəşid Dustum sərhədi keçərək Özbəkistana qaçdığı da məlum olub.
Onu da qeyd edək ki, “Taliban” yaraqlılarının artıq hər tərəfdən Kabilə girdiyi məlum olub. Verilən xəbərlərdə ölkənin bütün sərhədinin də “Taliban”ın nəzarətinə keçdiyi barədə məlumatlar gəlməkdədir.
Yeri gəlmişkən bildirək ki, Əfqanıstanın bəzi əyalətlərində “döyüşməyin əsassız olduğunu” əsas gətirən hakimiyyət qüvvələri silahlarını könüllü olaraq “Taliban” yaraqlılarına təslim edirlər. Məsələn, Nanqarhar əyalət məclisinin deputatı Abrarullah Murad, Əfqanıstanın beşinci böyük şəhəri Cəlalabadın “ağsaqqalların qərarı ilə” yaraqlılara təslim edildiyini bildirib.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...