PDF Oxu

Dünya

  • 3 139

Ayda oksigen istehsal ediləcək

Ayda oksigen istehsal ediləcək

Yapon və İsrail şirkətləri Ayda oksigen istehsalına yönəlmiş eksperimental bir layihə üzərində əməkdaşlıq edəcəklər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yaponiyadan “Ispace” və İsraildən “Helios”, Ayda oksigen istehsal etməyi hədəfləyən layihədə əməkdaşlıq edəcək.

Buna görə şirkətlər, Aydan əldə edilən torpağı yüksək temperaturda əridib, elektroliz edərək oksigen istehsal etməyə çalışacaqlar. Layihə haqqında danışan “Ispace”nin İcraçı Direktoru (CEO) Hakamada Takeshi, "Layihə daha çox oyunçunu bu bazara girməyə təşviq edəcək" deyib. “Helios” rəhbəri Jonathan Geifman Ayın torpaqlarından oksigen istehsalının gələcək ay fəaliyyətləri üçün həyati əhəmiyyət daşıdığını söyləyib.

Qeyd edək ki, fərqli ölkələr Ayda uzunmüddətli missiyaların həyata keçirilməsi üçün mümkün texnologiyalar axtarmağa davam edirlər.

Digər xəbərlər