Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar üç əsgərin şəhid olduğu və iki əsgərin yaralandığı terror hücumu ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. SİA xəbər verir ki, Ersin Tatar mesajında İraqın şimalında xain terror təşkilatı PKK-ya qarşı aparılan Pəncə-İldırım Əməliyyatı bölgəsində terrorçular tərəfindən yerləşdirilən əldə istehsal olunan partlayıcının partlaması nəticəsində üç əsgərin şəhid olduğunu və iki əsgərin yaralandığını böyük bir üzüntü ilə öyrəndiyini bildirirək, bu xain hücumu qınayıb və Ana Vətən Türkiyənin xain terror hücumlarından bir an öncə qurtulmasını diləyib.
Ersin Tatar bundan əlavə, Türkiyədə yaşanan yanğın və sel fəlakətlərinə görə üzüntüsünü bildirib. "Sizin dərdiniz bizim də dərdimizdir, ifadəsini qeyd edib. Tatar terror hücumlarında və təbii fəlakətlərdə həyatını itirənlərə Allahdan rəhmət, yaralıların ən erkən zamanda sağlamlıqlarına qovuşmasını diləyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...