Əfqanıstandakı vəziyyət artıq nəzarətdən çıxımaqdadır. Belə ki, Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” terror hərəkatının nümayəndələri xarici vətəndaşların və ölkəni tərk etmək istəyən əfqanların gedişinə müdaxilə etməyəcəklərinə söz veriblər. Amma maraqlıdır ki, Kabul hava limanına getməyə çalışan insanlar böyük çətinliklə üzləşirlər, çünki oraya gedən bütün yollar “Taliban”nın keçid məntəqələri tərəfindən idarə olunur.
Bu barədə ingilis internet nəşri “The Independent” xəbər verir.
Nəşr taliblər tərəfindən yaradılan süni problemlə bağlı nümunə kimi evli olan ingilis cütlüyün qarşılaşdıqları insidenti təqdim edib. Belə ki, pasportlarını təqdim etmələrinə baxmayaraq, Britaniya vətəndaşları hava limanına gedərkən elə ilk keçid məntəqəsində “Taliban”çılar tərəfindən vəhşicəsinə döyülərək geri qaytarılıblar. Hazırda taliblərin xarici vətəndaşlara hücum etdiyini yazan ingilis nəşri döyülən cütlüyün kömək üçün İngiltərə Xarici İşlər Nazirliyinə müraciət etdiyini yazır.
Yeri gəlmişkən bildirək ki, Əfqanıstandakı amerikalı diplomatlar ABŞ hakimiyyətini taliblərlə bağlı xəbərdarlıq ediblər. ABŞ-ın Əfqanıstandakı diplomatik missiyasının əməkdaşları Dövlət Departamentinə məktub göndərərək xarici qoşunların geri çəkilməsindən sonra “Taliban” nəzarətinə keçəcək Kabulun böyük fəsadlara yol açacağını bildiriblər.
P.S. ABŞ ordusu 169 amerikalını Kabuldakı oteldən paytaxt hava limanına çətinliklə çatdıra bilib. Belə ki, Pentaqondan verilən məlumata görə, Amerika Birləşmiş Ştatları ordusu Kabuldakı “Baron” otelidən 169 amerikalını hava limanına aparmaq üçün üç vertolyotdan istifadə edib.
Maraqlıdır ki, əgər Kabuldakı amerikalılar Əfqanıstandan çıxmaqda belə çətinliklə üzləşirlərsə, vay onda sadə əfqanlar da daxil olmaqla digərlərinin halına...
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...