PDF Oxu

Dünya

  • 2 783

Bayramın “erməni müttəfiqliyindən” dəyərli olan kürkü

Bayramın “erməni müttəfiqliyindən” dəyərli olan kürkü

…Gəldi deyə, danışacam: deməli, uzaq dağ rayonlarının birində Bayram adlı biri yaşayırmış. Bayram bu həyatda nədən yarımasa da, qohum-əqraba tərəfindən yaxşı yarıyıbmış. Belə ki, onun xətrini istəyən yaxşı əsabələri varmış. Günlərin birində Bayram özünə yaxşı bir kürk alır. Gürk də nə kürk, hamı baxıb qibtə edirmiş…

Nə isə bir gün Bayram təzə kürkü də əynində dağa qalxır. Dağda onun qarşısına böyük bir ayı çıxır və ağzını atır Bayramın kürkünə. Beləliklə, dağın yarğana yaxın bir yerində ayı dartır, Bayram dartır. Nəhayət Bayram görür ki, ətəyi ayının ağzında olan kürkünü əynindən çıxarmasa, ayi ilə birgə yarğana düşəcək. Birtəhər kürkü əynindən çıxara bilir. Ayı bu dəfədə Bayramı özünə çəkmək istəyəndə yarğana yuvarlanır. Sağ-salamat qaçıb kəndə gələn Bayramın başına gələnləri eşidən qohumlar onu yoluxmağa gəlirlər.

Bayramın evi onu yoluxmağa gələn qohumlarla dolur. Evdəki otaqların ən böyüyündə, yuxarı başda oturan Bayram onu yoluxmağa gələn qohumları bir-bir nəzərdən keçirərək birdən başlayır hönkür-hönkür ağlamağa.

Bayramın ayı tərəfindən aparılan kürkə görə ağladığını düşünən qohumlar ona ürək-dirək verirlər. Əvvəlkindən də yaxşı kürk alacaqlarını deyirlər. Amma gözünü döyə-döyə gələn qohumları süzən Bayram deyir ki, “…ayə mən kürkə görə ağlamıram ey, məni ağladan odur ki, sizi kimi qöhumları olanı da heç ayı basar?”.

…Nədən danışacaqdıq? Hə… ermənilər indi də deyirlər ki, “sabiq” strateji müttəfiqimiz, Əfqanıstanda “Taliban” tərəfindən qurulanlardan fərqli olmayan əxlaqın hakim olduğu bir dövlətdir. Yəni çox əxlaqsız millətdirlər. Guya əxlaqları olsaydı, sədaqətli ermənilərə “xəyanət” etməzdilər. Ruslar, guya ermənilərə Baydenin Əfqanıstanın qanuni hökumətinə etdiyi xəyanətdən də “dəhşətli bir xəyanət” ediblər.

Ermənilərə görə, bu Rusiyanın əsl simasıdır. Bunu yalnız ağılla anlamaq mümkün olmadığı üçün gərək uzaq məsafədə saxlayasan. Ona görə, biz “rus sülhməramlılarını” Ermənistana dəvət etmək əvəzinə, əksinə onların hərbi bazasının Gümrüdən çıxarılmasına nail olmalıyəq. Yəni Ermənistandakı rusları Fransız ordusu ilə əvəz etməliyik. Ermənilərə görə, bu bir az çətin olsa da, amma ermənilər bunu bacaracaq. Çünki dediklərinə görə, onların başqa çarələri yoxdur.

...Putin Rusiyası ilə bağlı olan bütün ittifaqlardan sivil, demokratik Qərbə doğru qaçmalıyıq. Təbii ki, ruslar dediyimiz kimi, buna hər vəchlə mane olacaq. Axı Putin də başda olmaqla, ruslar Ermənistanın onlar üçün olan əhəmiyyətini yaxşı başa düşürlər. Onlar bilirlər ki, Ermənistanı itirmək Rusiya üçün bütün bölgəni itirməkdir.

...Təbii ki, son zamanlar erməniləin daha çox danışmağa başladığı bu nağıllar eşidənlər üçün elə də bir yenilik deyıl. Əslində burada erməniləri yandıran başqa bir şeydir. Müttəfiq dedikləri rusların onlara etdiyi “xəyanət”. Erməni düşüncəsinə görə, “mattəfiqsənsə” dəxli yoxdur, mənim haqq olmayan işimi də müdafiə etməlisən.

Amma... hən də ona görə yanıb yaxılırlar: necə olur ki, illərdir yalmanıb qanadının altına qısıldığımız ruslar sonda bizi “canavarlar”la meydanda tək qoydular...

...Bəs, axı bu necə olur, rus kimi “müttəfiqi” olana da “əl qaldırarlar?

Ağasəf Babayev

Digər xəbərlər