PDF Oxu

Dünya

  • 3 517

Lixtenşteyn knyaginyası Mariya-Aqlaya 82 yaşında vəfat edib

Lixtenşteyn knyaginyası Mariya-Aqlaya 82 yaşında vəfat edib

Lixtenşteyn knyaginyası, şahzadə Mariya-Aqlaya (tam adı Mariya Kinski fon Vxinitz və Tettau) 82 yaşında vəfat edib.

SİA xəbər verir ki, bu barədə “Agence Frence Presse” agentliyi knyazlığın açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, Mariya-Aqlaya insult keçirib və şənbə günü xəstəxanada dünyasını dəyişib.

Mariya-Aqlaya aristokrat bir ailədəndir, o, alman qraf Ferdinand Karl Kinskinin qızıdır. Mariya-Aqlaya Münhendəki tətbiqi qrafiki sənətlər məktəbində təhsil alıb, o, ingilis və fransız dillərini bilirdi.