Gürcüstanda son sutkada daha 3803 nəfərdə koronavirusa yoluxma təsdiqlənib. Onların böyük əksəriyyətində “delta” stamı aşkarlanıb.
SİA xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ötən sutka ərzində ölkədə daha 48 nəfər pandemiyanın qurbanı olub. Bununla da Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 514 min 744-ə, ölənlərin sayı isə 6771-ə çatıb. Ötən 24 saat ərzində 5332, ümumilikdə 448 min 288 nəfər sağalıb.
Hazırda ölkədə 59 min 659 nəfər aktiv koronavirus xəstəsi var.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...