“Nikol Paşinyanın biabırçı məğlub rejimi Ermənistanı siyasi sıfıra, deyərdim ki, nola çevirib. Ona görə də bu gün Ermənistan artıq bir faktor kimi mövcud deyil. Əgər ölkəmiz sayılıb-seçilən faktor olsaydı, onda Azərbaycan müharibədən təxminən bir il keçməsinə baxmayaq, “istədiyini bizə diqtə etdirməzdi”. Baxın, artıq üç aydan çoxdur ki, azərbaycanlılar Ermənistan sərhədində dayanıb, “istədiklərini edirlərsə”, onda biz hansı xarici siyasət haqqında danışa bilərik?
Deyim ki, bu fikirləri vaxtilə ermənilərin üçüncü prezidenti Serjik Sarkisyana kargüzarlıq etmiş Eduard Şarmazanov bildirib. Onun özündən razı halda, dediklərindən belə başa düşülür ki, guya Nikol yox, erməni hakimiyyətində Serjik olsaydı, onda ermənilər məğlub olub bu müsibətləri yaşamazdılar.
Mənə elə gəlir ki, Şamarzanov cəmisi dörd gün çəkən Aprel döüşlərini unutmamalıdır. Yəqin o həmin dörd gün ərzində Serjikin nələr yaşadığını, döyüşləri dayandırmaq üçün kimlərə minnətçi düşdüyünü unutmayıb. Amma neyləyəsən ki, qarşındakı ermənidir.
...İndi isə... Şarmazanova görə, bu gün Ermənistanın xarici siyasəti Nikolun başçılığı altında Türk-Azərbaycan tandeminə çevrilib: “...siz mənə Ermənistanın son üç ildə apardığı siyasətdə uğur qazandığının ən azından bir nöqtəni göstərə bilərsinizmi? Əlbəttə, siz ABŞ tərəfindən “erməni soyqırımı”nı göstərə bilərsiniz. Amma deyim ki, bunun Nikolun apardığı xarici siyasətlə heç bir əlaqəsi yoxdur”.
Qarabağla məsələyə münasibət bildirən Şarmazanov Nikolun 44 günlük müharibədəki məğlubiyyətindən sonra “artsax”la bağlı artıq əlini yuduğunu bildirir. Yəni “artsax” İrəvan erməniləri üçün artıq çox-çox uzaqlarda qalmaqdadır.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...