PDF Oxu

Dünya

  • 3 022

90-a yaxın insan təxliyə edilib

90-a yaxın insan təxliyə edilib

Kabildən təxliyə olunmasını gözləyən 90-a yaxın sərnişin təyyarədə yer tapa bildiklərinin sevincini yaşayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “twitter”də yayımlanan görüntülər qısa müddətdə viral olsa da, sərnişinlərin sevincdən ağlamaları Kabildəki gərginliyin ölçülərini bir daha ortaya çıxarıb.

Təyyarədə iki Nepal vətəndaşı və onlarla Hindistan vətəndaşı olub. Hindistan Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Arindam Bagçi bu videonu “twitter”də "Təxliyə edilənlərin evlərinə səyahətləri başladı" qeydi ilə paylaşıb.

Bagçi 87 sərnişini qəbul edən təyyarənin əvvəlcə Tacikistana, sonra Hindistana uçduğuna dair məlumat verib.

Qeyd edək ki, böhrana baxmayaraq Taliban 21 avqust tarixində verdiyi fərmanı uzatmaq istəmir.

Digər xəbərlər