İraq baş naziri Kazimi Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında açılış nitqi ilə çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İraqın keçmişdə müxtəlif problemlərlə və təhlükələrlə üzləşdiyini dilə gətirən Kazimi, deyib: "Bağdad Konfransı dünya ilə ən yaxşı əlaqələrin inkişafı üçün perspektivimizi əks etdirir. İraq xalqı beynəlxalq dəstək sayəsində terror üzərində qələbə çaldı". Kazimi sözlərini belə davam etdirib: "İraq olaraq, torpaqlarımızı başqalarına hücumlar və regional və beynəlxalq qarşıdurmalar üçün bir yer olaraq qəbul etmirik. Bu yaxınlarda Mosulun Sincar bölgəsini ziyarət etdim. Sincar və ölkəmizin başqa yerlərində bütün təhlükələrə baxmayaraq, geri dönmək istəyirik. Həyat normala dönüb. Geri dönməyəcəyik. Aramızda ortaq sahələr çoxdur. Yaxşı niyyət və əməkdaşlıq bölgəmizdə və dünyada sülh üçün önəmlidir".
İraqda beynəlxalq xarici investisiyaların qapılarını açdıqlarını ifadə edən Kazimi, konfransda iqtisadi əməkdaşlığı da hədəflədiklərini əlavə edib. Kazimi, oktyabrın 10-da keçiriləcək erkən seçkilərdə beynəlxalq ictimaiyyətdən dəstək istədiklərini qeyd edib və bunun müsbət qarşılandığını bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...