PDF Oxu

Dünya

  • 2 584

Rusları “Taliban” təhlükəsi gözləyirmi?

Şoyqu əfqan yaraqlılarının KTMT ölkələrinə keçə biləcəklərini istisna etmir

Rusları “Taliban” təhlükəsi gözləyirmi?

Ötən gün Kazanda işgüzar səfərdə olan Rusiya müdafiə idarəsinin rəisi Sergey Şoyqu Əfqanıstandakı vəziyyət fonunda KTMT ölkələrinin düzgün, o cümlədən qabaqlayıcı tədbirlər həyata keçirəcəyini açıqlayıb.

Bununla yanaşı o təşkilat daxilində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin lehinə danışıb.

“Bu gün Əfqanıstanda baş verənlər bizim KTMT baxımından hər şeyi düzgün etdiyimizi göstərir”-deyən Şoyqu KTMT ölkələrinin Əfqanıstandakı hadisələrin inkişafı ilə əlaqədar birgə təlimlər keçirməyə başladıqlarını da xatırladıb.

Onun dediyinə görə, Rusiya artıq Tacikistan və Özbəkistanla bir sıra manevr və təlimlər keçirib. Əfqanıstandakı yaşantılarla bağlı KTMT üzvləri ilə tam təmasda olduqlarını deyən Rusiya müdafiə idarəsinin rəisi təşkilat daxilində qarşılıqlı fəaliyyətlərini bundan sonra da gücləndirilmək istiqamətində işlər görüləcəyini bildirib.

Şoyqunun dediyinə görə, bu gün Əfqanıstanda baş verən hadisələr qeyri-qanuni yollarla silahlıların KTMT ölkələrinə köçürülməsinə, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsinin artmasına səbəb ola bilər. Ona görə də, Şoyqu Qazaxıstan, Qırğızıstan və Tacikistan Silahlı Qüvvələrinin yenidən təchiz edilməsi istiqamətində Rusiyanın əlavə tədbirlər gördüyünü də nəzərə çatdırıb.

Ağasəf Babayev

Digər xəbərlər