PDF Oxu

Dünya

  • 2 378

Əfqanıstanlı “Taliban” pakistanlıları rədd edir?

Əfqanıstanlı “Taliban” pakistanlıları rədd edir?

Bu gün Əfqanıstanda “ağalıq” edən “Taliban” sözçüsü Zabihullah Mücahid əfqanıstanlı talibanlıları pakistanlı “Taliban”la heç bir əlaqəsi olmadığını bildirib. Onun sözlərinə görə, “Tehrik-e-Taliban Pakistan” adlı qruplaşmanın “qanuni və ya qeyri-qanuni” fəaliyyəti ilə İslamabad hakimiyyəti məşğul olmalıdır.

Qeyd edək ki, Mücahid, Əfqanıstanın “Taliban” terror əməliyyatları ilə Pakistanda sülhü pozmaq üçün Əfqanıstan ərazisinin istifadəsinə qarşı olduğunu da açıq şəkildə bildirib.

Xatırladaq ki, “Tehrik-e-Taliban Pakistan” (deyim ki, əsasən urdu və puştu qəbilələrindən formalaşdırılıb) çətir prinsipi üzərində qurulmuş radikal-İslamçı-silahlı təşkilatdır. 2007-ci ilin dekabrında Baytullah Mehsud tərəfindən ortaq məqsədlər əsasında yaradılan təşkilat bu gün Pakistanda mövcud olan qrupların əksər birliyidir. O vaxt “qərbyönümlü” Pakistan hökumətinə müqavimət göstərmək üçün yaradılmışdı.

Bundan başqa təşkilat ölkədə birbaşa şəriətin qurulması, Pakistan da daxil olmaqla qonşu Hindistanın müsəlmanlar yaşayan bölgələri və Əfqanıstandakı NATO qoşunlarına qarşı mübarizə aparmağı da qarşılarına məqsəd kimi qoyublar.

Onu da bildirək ki, “Tehrik-e-Taliban Pakistan” Əfqanıstan “Taliban”ı ilə müttəfiq deyil, ancaq bu qruplar xüsusilə NATO -ya qarşı mübarizədə sıx əməkdaşlıq edirlər. Bundan əlavə onlar tarix və məqsəd baxımından bir az fərqlənsələr də, amma hər iki təşkilatda puştular (Əfqanıstanda yaşayan çoxsaylı xalqlardan biri, say hesabı ilə ən çoxu) üstünlük təşkil edirlər.

Yeri gəlmişkən bildirək ki, “Tehrik-e-Taliban Pakistan” qruplaşmasının hələ o vaxt, Suriya münaqişəsinin ilk günlərində bir neçə yüz döyüşçüsünü Bəşər Əsəd rejiminə qarşı mübarizə aparmaq və “Əl-Qaidə” ilə əlaqələri gücləndirmək üçün göndərdiyi barədə də xəbərlər yayılmışdı.

Ağasəf Babayev

Digər xəbərlər