Türkiyənin Kabildəki səfirliyinin işçiləri müvəqqəti çalışdıqları Kabil hava limanını tərk edərək öz iş yerlərini qayıdıblar. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bir gün əvvəl səfirlik işçiləri öz binamıza qayıdıb və fəaliyyətlərini buradan davam etdirirlər. Hazırkı planımız diplomatik mövcudluğu bu şəkildə davam etdirməkdir. Təhlükəsizliklə əlaqədar olaraq alternativ planlarımızı hər ehtimala qarşı hazır saxlayırıq. İşçilərimizin təhlükəsizliyi bizim prioritetimizdir", - Ərdoğan bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...