Bazar günü Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub. SİA xəbər verir ki, bu barədə Al Arabiya telekanalı hadisə şahidlərinə istinadla məlumat yayıb.
Asvaka agentliyi bildirir ki, partlayış yaşayış binasına endirilən raket zərbəsi nəticəsində baş verib. Agentliyin məlumatına görə, iki nəfər həlak olub, üç nəfər yaralanıb. Ölənlər qadın və uşaqdır.
Ariana News telekanalı isə bir qədər sonra xəbər verib ki, raket hücumu nəticəsində dördü uşaq olmaqla, altı nəfər həyatını itirib. Həmçinin iki nəqliyyat vasitəsi məhv edilib, yaşayış binası qismən dağılıb. Sakinlər vedrələrlə su daşıyaraq yanğını söndürməyə çalışırlar.
KİV-də ABŞ Silahlı Qüvvələrinin Kabildəki obyektlərə raket zərbələri endirdiyi barədə xəbərlər yayılır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...