Əfqanıstanın bir əyalətindən başqa hamısını ələ keçirən və 31 avqustdan etibarən Kabul Hava Limanını nəzarətə götürməyə hazırlaşan Taliban mənsubunun televiziyada müsahibəsi hər kəsi şoka salıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir qrup Taliban komandirini ekranlaşdıran Əfqanıstan telekanalında silahlı yaraqlılar diktorun sağında və solunda gözləyib.
Diktor hətta, iştirakçıları və proqramın mövzusunu belə elan edib. Tamaşaçılar gözlərinə inanmadıqda Taliban komandiri, "Bir gün Amerikanı məğlub edə biləcəyimizə əmin idik", deyib. Xüsusilə yerli jurnalistlər bundan dərhal sonra sosial mediada rezonans doğuran yayımı tənqid edib. Bunun üzərinə Talibana yaxın olan sosial media hesabları, "qaçqın olmaq üçün başqa bir yol tapa bilərsiniz" yazaraq sözügedən jurnalistləri təhdid edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...