Avropa Parlamentinin rəhbəri David Sassoli Avropa Birliyinə daxil olan ölkələrin heç birinin Əfqanıstan qaçqınlarını kütləvi şəkildə qəbul etməyə razı olmadığını bildirib.
Qeyd edək ki, parlament rəhbəri bunu Sloveniyanın Bled şəhərində keçirilən strateji təhlükəsizlik forumundakı çıxışı zamanı da dilə gətirb.
Əslində, burada avropalılara, bəlkə də haradasa haqq da qazandırmaq olar. Çünki, xatırladaq ki, 2015-2016-cı illərdə Avropa Birliyi ölkələrinə üz tutan qaçqınlar burada miqrasiya böhranının yaşanmasına səbəb olmuşdular. Deyim ki, bu avqustun 31-də Brüsseldə AB Şurasının daxili işlər nazirləri səviyyəsində keçirilən təcili iclasda da xatırlanıb.
Amma bütün bunlara baxmayaraq, bu dəfə Avropa Birliyi Əfqanıstandan qaçqın qəbul edəcək bölgə ölkələrinə böyük dəstək verəcəyini bəyan edib. Qeyd edək ki, AB xarici sərhədlərin qorunmasını gücləndirmək üçün də çalışacaq. Belə ki, Əfqanıstandan olan mühacirlərə sığınacaq verilməsi ilə bağlı bütün işlərə ayrı-ayrılıqda baxılacaq.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...