“Bu gün Əfqanıstandakı əsas problem iqtisadi problemlərdir. Belə ki, bəzi məhsullar artıq Kabildəki mağazalardan yoxa çıxmaqdadır”.
Bildirim ki, bunu Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov “RİA Novosti “-yə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, qaçan prezident Əşrəf Qaninin hökuməti dövründə ölkə büdcəsinin dörddə üçü Qərbin ianələri hesabına formalaşıb. (Yəni ölkə iqtisadiyyatı “ölü” vəziyyətində olub).
“İndi isə həmin ianələr kəsilib, Əfqanıstanın aktivlərlə yanaşı, Amerika banklarında saxlanılan qızıl və valyuta ehtiyatları da dondurulub”.
Bu gün ölkədə az pul olduğunu deyən rus səfiri qiymətlərin isə yüksək olduğunu bildirib. Jirnov artıq dünəndən bəri Kabil mağazalarında şəkərin tapılmadığını da bildirib.
Bundan əlavə, ölkənin milli valyutası da devalvasiyaya uğrayıb.
Bir daha xatırladaq ki, Amerika kontingentinin Əfqanıstandan geri çəkilməsi fonunda Taliban hücuma keçərək iyirmi ilin bitdiyini elan edib və bütün böyük şəhərləri ələ keçirdi.
Hazırda isə ölkənin aclıqla üləşə biləcəyi də istisna edilmir.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...