“...ABŞ Əfqanıstanın mədəni quruluşunu dəyişdirməyə çalışmamalıdır”. Deyim ki, müvafiq bəyanatı “Taliban” nümayəndəsi Süheyl Şahin verib.
Onun fikrincə, Qərb və “Taliban” bir -birlərinin mədəniyyətini dəyişdirməyə çalışmamalıdır.
SİA xəbər verir ki, bu barədə “Fox News” nəşri də məlumat yayıb.
Şahin həmçinin, ABŞ rəsmilərinin hicabsız qadınlara təhsilə icazə verilməsinin zəruriliyi ilə bağlı bəyanatlarının Əfqanıstan mədəniyyətini dəyişdirmək cəhdi kimi dəyərləndirib.
“Taliban” “rəsmisi” onu da əlavə edib ki, ABŞ -da icazə verilən bir çox şeylər Əfqanıstan sakinləri üçün uyğun olmaya bilər.
Bir daha xatırladım ki, bu gün Əfqanıstanda “ağalıq” edən “Taliban” yaraqlıları ölkədə yenidən İslam əmirliyi qurmağı planlaşdırırlar. Qeyd edim ki, onlar bir dəfə, 1996 -cı ildə, Kabulu heç bir maneə olmadan aldıqları və ciddi bir qanun tətbiq etdikləri zaman etməyə çalışmışdılar. Hənim vaxt qanunu pozanlar açıq şəkildə şallaqlanaraq edam edilirdilər.
Amma indi “Taliban” əvvəlki illərdə- 1996-cı ildəki belə ağır şərtlərin olmayacağına söz verirlər.
Agasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...