PDF Oxu

Dünya

  • 2 718

"Qoşunları geri çəkib Ukrayna ərazilərini qaytarın"

ABŞ Rusiyadan təcavüzü dayandırmasını tələb etdi

"Qoşunları geri çəkib Ukrayna ərazilərini qaytarın"

Ötən gün ABŞ -ın Kiyevdəki səfirliyinin nümayəndələri belə bir tələblə Moskvaya müraciət ediblər: “…Rusiya hakimiyyəti Ukraynada baş verən münaqişəyə son qoymalıdır”.

Minsk protokolunun imzalanmasının yeddinci ildönümü münasibətilə “Facebook”da yerləşdirilən mesajda daha onra deyilir:

...“Rusiya silahlı qüvvələrini geri çəkməli və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam nəzarəti Ukraynaya qaytarmalıdır”.

...“Rusiya Ukraynanın şərqində başlayan münaqişənin sona çatması üçün məsuliyyəti öz üzərinə götürməlidir” .

Tələbdə ABŞ, həmçinin Rusiyadan Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməsini, qanunsuz olaraq saxlanılan şəxslərin azad edilməsini və Ukrayna-Rusiya sərhədindəki vəziyyəti ATƏT missiyasına izləməsinə icazə verməsini tələb edir.

Xatırladaq ki, Kiyev hələ də Rusiyanın Ukraynanın cənub -şərq ərazilərinə təcavüz etdiyini bildirir.

Qeyd edək ki, hazırda bir neçə ölkə istisna olmaqla, dünya Krımın Rusiya ərazisi olduğunu qəbul etmir. Moskva isə yarmadanın əbədi olaraq Rusiyaya məxsus olduğunu, Donbasdakı münaqişəni isə daxili Ukrayna münaqişəsi olduğunu iddia edir.

Yeri gəlmişkən bildirək ki, bu ilin yazından başlayaraq Ukrayna sərhədlərində yenidən gərginlik baş qaldırıb. Təbii ki, bu da Rusiyanın Ukrayna sərhədləri boyunca keçirdiyi irimiqyaslı təlimlərlə bağlıdır.

Maraqlıdır ki, bu ərəfədə ABŞ -a dəstək üçün müraciət edən Ukrayna hakimiyyəti Rusiyaya qarşı müharibəyə başlamağa hazır olduqlarını da bildirib.

Bundan sonra Rusiya qoşunlarını geri çəksə də, amma bölgədəki qarşıdurma hələ də səngiməyib.

Ağasəf Babayev

Digər xəbərlər